Əvvəl atlarla, indi tanklarla - FOTO
15.09.2020 11:11 Hərbi

Əvvəl atlarla, indi tanklarla - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Bakı şəhərinın azad olunmasının 102-ci ildönümü münasibətilə sosial media hesablarında maraqlı paylaşım edib.

"MediaPost" xəbər verir ki, nazirliyin sosial media hesablarında yerləşdirilən infoqrafikada qardaş Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin möhtəşəm birgə hərbi təlimlərindən çəkilən fotoşəkil nümayiş etdirilib. Təlimlərin əhəmiyyəti ilə yanaşı, qardaşlıq əlaqələrimizin qüdrətini də qabarıq şəkildə nümayiş etdirən infoqrafikada “15 sentyabr – Bakı şəhərinin azad edildiyi gündür!” və “Qardaş-qardaşa arxa durarsa önündə dayanmaz düşmən!” ifadələri yer alıb.

Xəbərlər departamenti

Gündəm