Əvvəlki illərlə müqayisədə indi bankların vəziyyəti fərqlidir - AÇIQLAMA
28.04.2020 09:20 İqtisadiyyat

Əvvəlki illərlə müqayisədə indi bankların vəziyyəti fərqlidir - AÇIQLAMA

Hazırda Azərbaycanda bank sektoru 5-6 il bundan əvvəlki dövr ilə müqayisədə daha yaxşı vəziyyətdə olduğu hesab olunur.

İqtisadçı ekspert Zaur Qardaşov "MediaPost"a bildirib ki, bankların indiki vəziyyətini, 2015-ci ilə qədər olan müddətlə müqayisə etsək, indi vəziyyət olduqca yaxşıdır. Onun sözlərinə görə, vəziyyətin yaxşı olmasına isə bir neçə səbəb var: “2015-ci ildən bu yana ölkədəki banklar riskli kredit vermir. Bundan başqa faiz dərəcədləri də yüksəkdir. Faiz dərəcələrinin yüksək olması, bankların risklərini qarşılamağa imkan verir. Hətta elə banklar var ki, artıq uzun müddətdir ki, ümumiyyətlə kredit vermir. Belə banklar gündəlik xərcləri ödəmək üçün ancaq tranzaksiyalardan, ödənişlərdən pul qazanırlar. Belə banklar filiallarını azaldıb onlayn bankinq xidmətləri yaradıblar”.

Ekspertin sözlərinə görə, hazırda ölkədə bəzi banklar işlərini yaxşı qura bilib: "Belə banklarda güclü menecment olduğu üçün hətta kredit verməsələr belə, ayaqda qala bilirlər. Yalnız kredit hesabına dolanan banklar isə müştəri azalan kimi çətin vəziyyətə düşürlər və bağlanmaq təhlükəsi ilə üz-üzə qalırlar".

Xəbərlər departamenti

Gündəm