Eynək və linzalar koronavirusdan qoruyurmu? - RƏY
17.04.2020 12:08 Dünya

Eynək və linzalar koronavirusdan qoruyurmu? - RƏY

"MediaPost" xəbər verir ki, insanlar göz vasitəsilə bu virusun keçməsinin qarşısını almaq üçün eynək və linzalardan istifadə edir.

Kanadalı elm adamları linza və eynəyin gözləri koronavirusdan qoruması ilə bağlı iddiaları araşdırıb.

"Contact Lens & Anterior Eye" jurnalında yayımlanan araşdırmaya görə, eynək və linzaların gözü qoruması ilə bağlı elmi sübut yoxdur. Vaterloo Universitetinin professoru Lİndon Cons bunun səbəbini belə izah edib:

"Göz ətrafındakı hava axınının qarşısını almadığı üçün eynək və ya linzaların qoruyucu təsiri yoxdur. Burada ən faydalı qoruyucu ön və yan tərəfləri əhatə edən üz maskalardır".

Araşdırmaçılar həmçinin linza və eynəkdən istifadə edənlərin daha çox risk daşıması ilə bağlı iddiaların da heç bir əsasının olmadığını bildiriblər.

Xəbərlər departamenti

Gündəm