"Facebook" və "Messenger"ə haker hücumu
08.02.2020 19:26 Dünya

"Facebook" və "Messenger"ə haker hücumu

"Oxu.az"-ın verdiyi xəbərə görə, hesabları ələ keçirən haker qrupu məqsədlərinin kibertəhlükəsizlik vəziyyətini göstərmək olduğu açıqlamasını verib.

“OurMine” adlı haker qrupu paylaşımında “Facebook”un da hücuma məruz qala biləcəyini deyib.

Artıq sosial media nəhənglərinin hesabları hakerlərdən geri alınıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm