Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...
10.01.2020 10:55 Fikirlər

Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...

Avstraliyada yaşanan məlum falakət meşə yanğınlarını, onların ətraf mühitə və insan sağlamlığına vurduğu ziyanı yenidən gündəmə gətirib. Meşə yanğınları təbiətə, biomüxətlifliyə ciddi ziyan vurmaqla yanaşı, ətraf ərazilərdə həyatı iflic edir. İnsanlar təhlükə zonasından təxliyə olunur, yollar və magistrallar bağlanır, kommunikasiya və kommunal xidmətlərdə fasilələr yaranır. Belə təəssürat yaranır ki, son dönəmlər bütün dünyada meşə yanğınları daha tez-tez baş verir və uzunmüddətli olur.

Belədirsə, bunun insanlar və ekosistem üçün hansı fəsadları ola bilər?

"MediaPost" xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatında ilk olaraq sentyabr ayında qeydə alınan meşə yanğınları rekord miqyaslı (2003-cü ilə qədər görünməmiş) təbii fəlakətə çevrildi. Dekabrın əvvəlinə qədər artıq 2,1 milyon hektar meşə sahəsi məhv olmuş, 6 nəfər həyatını itirmişdi.

Ümumilikdə, Avropada isə 2019-cu il avqustun ortalarına qədər 1600-dən çox meşə yanğını qeydə alınıb ki, bu da onilliyin orta göstəricisindən 3 dəfə çoxdur.

Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...

QORXULU STATİSTİKA

NASA-nın məlumatına görə, 50-ci illərdən başlayaraq ABŞ-ın qərbində yanğınların sayı və sahəsi durmadan artır. 70-ci illərdən bəri isə 40.000 hektardan çox ərazini əhatə edən "meqayanğınlar" müşahidə olunur.

Meşə yanğınlarının meydana gəlməsinə təkan verən quru hava, yanan material və digər alovlanma mənbəyidir. Alimlərin fikrincə, ən vacib və gözlənilməz amil havadır. Yanğının intensivliyi və yayılma sürəti temperaturdan, rütubətdən, yağıntının miqdarından və küləyin sürətindən asılıdır. Ən şiddətli yanğınlar isti, quru və küləkli havalarda baş verir.

2019-cu ilin yanvar ayında Avstraliyada yanğın fəallığının artması rekord yüksək temperatur və ən güclü quraqlıq dövrünə təsadüf edib. Son 35 ilin meteobilgilərini təhlil edən mütəxəssislər bitki örtüklü yer səthinin dörddə bir hissəsində yanğın təhlükəsinin müddətində artım qeydə alıblar.

Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...

Cənubi Amerikanın və Şərqi Afrikanın bəzi bölgələrində yanğın təhlükəsi vəziyyətinin davam etmə müddəti 40 il əvvəlki ilə müqayisədə 1 ay daha çoxdur.

Avropa Meşə Yanğının Monitorinqi Məlumat Xidmətinin mütəxəssisləri təbiət yanğınlarının "davranış" xarakterində dəyişiklik olduğu barədə xəbərdarlıq edirlər. Onların fikrincə, yanğın daha sürətli və daha gözlənilməz şəkildə yayılır, daha intensiv olur, yanan cisimləri uzaq məsafələrə atır, daha geniş əraziləri əhatə edir.

Yanğınlar təbiət siklinin ayrılmaz hissəsi olsa da, ekosistemlər və əhali belə dəyişikliklərə hazır olmaya bilər. Məsələn, ekspertlər deyir ki, əvvəllər yanğınlar Yeni Cənubi Uelsin şimal-şərqindəki nəmli tropik meşələrinin ərazisinə yayılmırdı.

Yanğının yerini və vaxtını əvvəlcədən proqnozlaşdırmaq həm həyat qurtarır, həm də ekoloji və iqtisadi zərərin miqyasını azaltmağa kömək edir.

"Kopernik" proqramının atmosferi izləmə sistemi dünyadakı yanğınların real sayı barədə məlumat verir, "Fire Weather Index" isə yanğın təhlükəsinin dərəcəsini təxmin etməyə kömək edir.

SƏNAYE TULLANTILARINDAN DAHA TƏHLÜKƏLİ!

Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...

Tüstü və küllə birlikdə atmosferə aşağı və yuxarı qatlarında havanın keyfiyyətini pisləşdirən karbon monoksid, karbon qazı, metan, azot oksidləri, qara karbon daxil olur. Mütəxəssislərinin fikrincə, meşə yanğınları zamanı atmosferə daxil olan bu maddələr havanı sənaye tullantılarından daha çox çirkləndirir.

Tüstüyə hətta qısa müddətə məruz qalmaq xroniki hala gələ biləcək bir sıra tənəffüs və ürək xəstəliklərinə yol açır. Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, hər il yüzminlərlə insanın ölümünə tüstü ilə birbaşa təmas səbəb olur.

Avstraliyanın bir neçə bölgəsində fövqəladə rejimin tətbiq olunmasının səbəbi havadakı dispres hissəciklərin tərkibinin icazə verilən normanı aşması idi. Məsələn, Sidneyin bəzi bölgələrində bu göstərici normadan 12 dəfə artıq idi.

Bu yaxınlarda aparılan araşdırmaya görə, ABŞ-da hər il PM 2.5 hissəciklərinin artan konsentrasiyası təxminən 10-30 min arası insanın vaxtından əvvəl ölməsinə səbəb olur. Alimlər ehtimal edirlər ki, əsrin sonunda bu rəqəm 2000-ci illərin əvvəli ilə müqayisədə iki dəfə artacaq.

Gələcəkdə yanğınların sayının daha da artacağı gözlənildiyindən, havanı çirkləndirən tullantıların qiymətləndirilməsi əhalinin sağlamlığının qorunması baxımından daha vacib məqama çevriləcək.

36 MİLYON AVTOMOBİL QƏDƏR...

Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...

Əlbəttə ki, karbon qazını da unutmamalıyıq. Hesablamalara görə, 2019-cu ilin ilk 11 ayında atmosferə təxminən 6735 milyon ton karbon qazı atılıb. Ən böyük tullantılar (140 milyon ton) iyun-iyul aylarında - Arktikadakı yanğınlar zamanı qeydə alınıb. Bu, 36 milyon avtomobildən atılan karbon tullantılarına bərabərdir.

Eyni zamanda avqust-noyabr aylarında İndoneziyadakı təbii yanğınlar zamanı atmosferə 708 milyon ton karbon qazı atılıb.

Alimlər meşə yanğınlarının iqlim dəyişikliyindəki rolu barədə hələ ortaq məxrəcə gəlməyiblər. Çünki fotosintez zamanı karbon qismən ağaclar və bitkilər tərəfindən udulur. Onlar hesab edirlər ki, yanğının səbəb olduğu tullantıların həcmi qalıq yanacaqlarından gələn tullantılarla müqayisə oluna bilməz.

Bununla belə, müxtəlif landşaftlarda bitki örtüyünün bərpası sürəti çox fərqli ola bilər. Yanan torf bataqlıqları qatlarında gizlənmiş çoxlu miqdarda karbonu buraxır və həftələr, hətta aylarla alovlanır. Bunların tamamilə bərpa olunması üçün yüzillər lazım gələ bilər.

Bu arada, 2019-cu ildə İndoneziyadakı yanğınların 43 faizi torf bataqlıqlarına görə meydana gəlmişdi. Yanğınlar ölkədə ciddi fəsadlara yol açmışdı. Meşə yanğınlarının əmələ gətirdiyi tüstüyə görə, bir çox böyük aviaşirkətlər reysləri təxirə salmaq məcburiyyətində qalmışdı. Bununla yanaşı, minlərlə insan tənəffüs yollarının kəskin xəstələnməsi diaqnozu ilə xəstəxanalara yerləşdirilmişdi. Ölkə rəhbərliyi süni yağışlardan daha çox istifadə olunması, yanğınla mübarizəyə ordunun da cəlb edilməsi barədə göstəriş vermişdi.

Faciəvi yanğınlarla mübarizə: Xəbərdarlıqsız atəş açma qərarı...

MƏLUMAT VƏ PROQNOZ...

2018-ci ildə isə İndoneziya hökuməti Riau əyalətinin (Sumatra adası) hərbçilərinə meşə yanğınları törədənlərə xəbərdarlıq etmədən atəş açmaq icazəsi vermişdi.

Uzaq şimalda baş verən güclü yanğınlar torf bataqlıqları üçün də ciddi təhlükə yaradır. Permafrostun əriməsi böyük miqdarda metanın atılmasına səbəb olur. Bundan əlavə, kül buz və qarın səthinə yerləşərək, günəş işığını əks etdirmə qabiliyyətini azaldır və istiliyi daha da artırır.

Ekspertlərin fikrincə, yanğın təhlükəsi haqqında məlumat və proqnozlar meşə yanğınlarının qlobal monitorinqi üçün vacibdir. Çünki yanğın baş verən ərazilər və oradakı iqlim şəraiti haqqında məlumat verirlər. Bu məlumat bazası zamanla dünyanın bütün bölgələrində yanğın təhlükəsinin necə dəyişməsi barədə bilgi verir. Həmçinin yanğınların tez-tez baş verdiyi yerləri müəyyən etməyə kömək edir, mülki müdafiə orqanlarına və ictimaiyyətə hadisə yerindən xəbər tutmaq imkanı yaradır.

Bu halda yanğınlarla mübarizənin sürəti artır. Məsələn, Kaliforniyada enerji şirkətləri fəaliyyətlərini yanğın təhlükəsi vəziyyətlərinə uyğunlaşdırır, zəruri hallarda istehlakçıları şəbəkədən ayırırlar. Bundan əlavə, yanğın təhlükəsi olan ərazilərdə əhali ilə iş intensivləşdirilib, meşələrin bərpası və meşə yanğınlarının qarşısının alınmasına dair dövlət proqramları qəbul olunub.

Tərcümə "MediaPost"-a məxsusdur

Xəbərlər departamenti

Gündəm