“Fənərbaxça” və “Qalatasaray” oyununun vaxtı açıqlandı
20.01.2021 18:59 Futbol

“Fənərbaxça” və “Qalatasaray” oyununun vaxtı açıqlandı

Türkiyə Superliqasının 24-cü turunda “Fənərbaxça” və “Qalatasaray” arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

“MediaPost” Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

“Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında bu mövsümün ilk dövrəsində “Türk Telekom Arena”da keçirilən oyunda hesab açılmayıb.

Xəbərlər departamenti

Gündəm