Fərman İsmayılovun cənazəsi Bakıya gətirildi - <span>YENİLƏNİB</span>
27.01.2021 11:42 Cəmiyyət

Fərman İsmayılovun cənazəsi Bakıya gətirildi - YENİLƏNİB

Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana gətirilib. 

"MediaPost" xəbər verir ki, onun cənazəsini gətirən Türk Hava Yollarına məxsus təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib. 

***

09:27

Yanvarın 23-də Qvineya körfəzində Türkiyə şirkətinə məxsus “Mozart” adlı gəmiyə dəniz quldurları tərəfindən edilən hücum nəticəsində öldürülən Azərbaycan vətəndaşı Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərilib.

"MediaPost" xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin “Haber/Global” televiziyası məlumat yayıb.

F. İsmayılovun cənazəsi Türk Hava Yollarının (THY) İstanbul-Bakı uçuş reysi ilə aparılıb. 

Qeyd edək ki, F. İsmayılovun cənazəsi Türkiyə Respublikasının Qabondakı səfirliyinin dəstəyi ilə dünən THY-nin İstanbul-Libervil uçuş reysilə göndərilib. Təyyarə İstanbula yanvarın 26-dan 27-nə keçən gecə saat 03.30-da çatıb.

Xəbərlər şöbəsi

Gündəm