FHN çarpayıdan yıxılan ağırçəkili şəxsi xilas edib
26.11.2019 12:17

FHN çarpayıdan yıxılan ağırçəkili şəxsi xilas edib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda ağırçəkili 1 nəfərin yaşadığı mənzildə çarpayıdan yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Mediapost.az-a verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.

Xəbərlər departamenti

Gündəm