FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb
09.11.2020 18:08 Sosial

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yerli strukturları işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) işğaldan azad edilmiş ərazilərimizdə müvafiq strukturlarının təşkilinə başlayıb.

"MediaPost"un Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, artıq FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli rayon Dövlət Yanğından Mühafizə Hissəsi Füzuli şəhərində fəaliyyətə başlayıb.

Həmçinin Xocavənd rayonunun Hadrut qəsəbəsində FHN DYMX-nin yerli strukturunun xidməti təşkil olunub.

Hər iki məntəqə xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.

Xəbərlər şöbəsi

Gündəm