FIDE reytinqi: Azərbaycanın 3 şahmatçısı irəliləyib, qalanları geriləyib
01.01.2020 12:57 İdman

FIDE reytinqi: Azərbaycanın 3 şahmatçısı irəliləyib, qalanları geriləyib

"Report" FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycanın ilk "10-luq"dakı təmsilçiləri 1 pillə geriləyib. 2770 xala malik Şəhriyar Məmmədyarov 8-ci, Dünya Kubokunun qalibi Teymur Rəcəbov 2765 xalla 11-ci pilləyə enib.

Əvəzində 11 pillə irəliləyən Nicat Abbasov (2668) 71-ci, 3 pillə irəliləyən Qədir Hüseynov (2666) 74-cü, 4 pillə irəliləyən Rauf Məmmədov (2659) 85-cidir. Arkadi Naydiç isə yenə "100-lük"dən kənarda qalıb.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2872 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2822 xalla 2-ci, çinli Dinq Liren 2805 xalla 3-cüdür.

Qadınlardan 1 pillə geriləyən Günay Məmmədzadə 2455 xalla 28-ci, Gülnar Məmmədova 2386 xalla 77-ci, 11 pillə geriləyən Ülviyyə Fətəliyeva 2377 xalla 87-ci pillədə yer alıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm