FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib
21.12.2019 11:29 Futbol

FIFA milli çempionatların birləşdirilməsi ilə bağlı müzakirələrə razılıq verib

“Report”un məlumatına görə, bu barədə qurumun rəhbəri Canni İnfantino ESPN-ə müsahibəsində bildirib. O, təklifləri dinləməyə hazır olduqlarını söyləyib: “Müzakirələrə açıq olmalıyıq. Belçikalılar və hollandiyalılar Benilüks çempionatının yaradılması məsələsini müzakirə edirlər. Bu diskussiyalar 20 ildir davam edir. Amma biz həmişə imtina etmişik. Çünki milli çempionatlar hər şeydən öncə gəlir. Ancaq bəlkə də bu variant fayda verəcək. Bu, bəzi hallarda irəliləməyin yeganə yolu ola bilər. Afrika üçün oxşar bir şey təklif etdim. Düşünürəm ki, imkanları araşdırmalıyıq”.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin futbol komandalarının vahid çempionatda çıxış etməsi məsələsi də dəfələrlə müzakirə olunub.

Qeyd edək ki, FIFA hazırda yalnız ABŞ və Kanada klublarının vahid yarışda – MLS-də mübarizə aparmalarına icazə verir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm