FIFA-nın "Çelsi"yə tətbiq etdiyi qadağanı ləğv olunub
06.12.2019 13:32 Futbol

FIFA-nın "Çelsi"yə tətbiq etdiyi qadağanı ləğv olunub

"Report" xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar çıxarıb. London təmsilçisinin şikayətinə baxan CAS cəzanı ləğv edib. "Çelsi" qış transfer pəncərəsi dövründə yeni futbolçu qeydiyyatdan keçirə biləcək.

Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019-2020 mövsümünün sonunadək transfer qadağası qoyub. "Zadəganlar" yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etdiyi üçün cəzaya məruz qalıb.

Xəbərlər departamenti

Gündəm