Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunub
05.05.2021 15:55 Mədəniyyət

Fikrət Qoca Birinci Fəxri Xiyabanda dəfn olunub

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Xalq şairi Fikrət Qoca dəfn olunub.

"MediaPost" xəbər verir ki, mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb.

***

Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qocanın dəfn ediləcəyi yer məlum olub.

Bu barədə "MediaPost"a Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

O bildirib ki, xalq şairi birinci Fəxri Xiyabanda dəfn olunacaq: “Mərhumun nəşi təxminən saat 15:00-16:00-da götürüləcək”.

Qeyd edək ki, F.Qoca bu gün səhər saatlarında uzun sürən xəstəlikdən dünyasını dəyişib.

Xəbərlər departamenti

Gündəm