Fikrət Qoca vəfat etdi
05.05.2021 08:45 Gündəm

Fikrət Qoca vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca vəfat edib.

Bu barədə "MediaPost"a AYB-in mətbuat katibi Xəyal Rza məlumat verib.

O, F.Qocanın səhər saatlarında evində vəfat etdiyini deyib. 

Allah rəhmət eləsin!

Qeyd edək ki, Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olub.

Xəbərlər departamenti

Gündəm