Filippin iki ABŞ senatorunun ölkəyə girişini yasaqlayıb
28.12.2019 14:14 Xarici siyasət

Filippin iki ABŞ senatorunun ölkəyə girişini yasaqlayıb

"MediaPost" “Reuters”ə istinadən xəbər verir ki, Filippin prezidentinin mətbuat katibi Salvador Panelo mətbuat konfransında "əgər onlar suveren bir dövlət olaraq proseslərimizə müdaxilə etməyə davam etsələr, biz boş oturmayacağıq" - deyə bildirib.

Filippin Vaşinqtonun sanksiyalar tətbiq edəcəyi təqdirdə ABŞ vətəndaşlarına daha sərt məhdudiyyətlər olacağını bəyan edib. Bu addım ABŞ Konqresinin Filippində narkotiklərlə mübarizə kampaniyası zamanı 2017-ci ildə Leila de Limanın həbsində iştirak edən hər kəsə qarşı tədbirlər nəzərdə tutan müddəaları 2020-ci il büdcə layihəsi çərçivəsində qəbul etməsindən sonra atılıb.

Xatırladaq ki, Filippin amerikalılara 30 günə qədər vizasız giriş imkanı verir. 792 min ABŞ vətəndaşı 2019-cu ilin ilk doqquz ayında bu ölkəni ziyarət edib ki, bu da Filippinə gələnlərin təxminən 13%-ni təşkil edir.

Coşqun Əli

Xəbərlər departamenti

Gündəm