"FİNOKO" BOKT-un vəziyyəti məlum oldu
08.08.2020 08:08 İqtisadiyyat

"FİNOKO" BOKT-un vəziyyəti məlum oldu

“Finoko” bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb. 

“MediaPost” xəbər verir ki, 2019-cu il üzrə BOKT-un əldə etdiyi mənfəət 451 min manat təşkil edibsə, bu ilin 6 ayını 419 min manat mənfəətlə başa vurub.

Məlumata görə, yanvar-iyun aylarında “Finoko”nun faiz gəlirləri 2 milyon 418 min manat, faiz xərcləri 1 milyon 327 min manat, qeyri-faiz gəlirləri 255 min manat, qeyri-faiz xərcləri isə 927 min manat təşkil edib. BOKT mənfəət vergisi ödəməyib.

Bu il iyulun 1-nə “Finoko”nun aktivləri 13,2% artaraq 32 milyon 966 min manat olub. Bunun 17,389 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 6 ayda BOKT-un kredit portfeli 8,8% kiçilib.

Hesabat dövründə “Finoko”un öhdəlikləri 4% artaraq 24 milyon 771 min manata, balans kapitalı isə 54,5% artaraq 8 milyon 196 min manata çatıb.

Xəbərlər şöbəsi

Gündəm