UEFA Konfrans Liqasının qalibi müəyyənləşib - VİDEO - <span>YENİLƏNİB</span>
08.06.2023 01:02 Futbol

UEFA Konfrans Liqasının qalibi müəyyənləşib - VİDEO - YENİLƏNİB

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

"MediaPost"un məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" klubları üz-üzə gəliblər. Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2
Qollar: 
Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya "Roma"sı olub.

***

00:26

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda hesabı açılıb.

"MediaPost"un məlumatına görə, 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Səid Benrahma London təmsilçisini önə keçirib.

 

***

23:52

Çexiyanın paytaxtı Praqada İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında keçirilən UEFA Konfrans Liqasının final oyununda ilk hissə başa çatıb.

"MediaPost"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

 

***

23:01

İtaliyanın "Fiorentina" və İngiltərənin "Vest Hem" komandaları arasında UEFA Konfrans Liqasının final oyunu başlayıb.

"MediaPost"un məlumatına görə, exiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos Del Serro idarə edir.

Xəbərlər departamenti

Gündəm