“Fitch Ratings": "Bu il Azərbaycanda iqtisadi artım 1,8 % olacaq"
16.09.2023 11:09 İqtisadiyyat

“Fitch Ratings": "Bu il Azərbaycanda iqtisadi artım 1,8 % olacaq"

"Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2023-cü ilin I yarısında Azərbaycanda neft-qaz və qeyri-neft-qaz iqtisadiyyatlarındakı azalmadan sonra bu il iqtisadi artımın 1,8 % olacağını proqnozlaşdırır.

Bu barədə MediaPost agentliyə istinadən xəbər verir.

Bundan başqa, qurum bəyan edib ki, 2024-2025-ci illərdə qeyri-neft sektorundakı artım hesabına iqtisadi artımın orta hesabla 2,3 % təşkil edəcəyi gözlənilir.

Qeyd olunub ki, yeni neft hasilatı enerji sektorunda azalmanı (2022-ci ildə 7,6 % azalaraq gündə 676,000 barel) ləngidə bilər. Həmçinin Avropaya ixracın həcmini artırmaq üçün satınalma müqavilələri yekunlaşarsa, təbii qaz hasilatının daha da artacağını demək olar.

Xəbərlər departamenti

Gündəm