Floridada kilsədə atışma olub, 2 nəfər ölüb
02.02.2020 11:50

Floridada kilsədə atışma olub, 2 nəfər ölüb

APA-nın “NBC News”-ə istinadən verdiyi məlumata görə, hadisə şənbə günü kilsədə keçirilən dəfn mərasimindən sonra baş verib.

Atışma zamanı güllə yarası alan 3 nəfərdən 2-i həyatını itirib. Ölənlərin 15 yaşlı gənc və 47 yaşlı kişi olduğu bildirilir. Güllə yarası alan qadın isə xəstəxanaya yerləşdirilib.

Atəş açan şəxs hələ saxlanmayıb.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm