"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir
25.11.2022 15:12 İdman

"Formula 1": "Ferrari"nin prezidenti vəzifəsini tərk edir

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Ferrari"ni prezidenti Mattia Binotto vəzifəsindən getmək qərarına gəlib.

MediaPost "Corriere della Sera"ya istinadən xəbər verir ki, buna şirkət rəhbəri Con Elkannın 53 yaşlı funksionerə etimadsızlığı səbəb olub.

Hazırda tərəflər 2023-cü ilin sonunadək qüvvədə olan müqaviləyə xitam verilməsinin detallarını müzakirə edirlər.

Rəsmi qərarın bir neçə saatdan sonra açıqlanacağı gözlənilir.

news department

Gündəm