Fotoları gündəm olan Famil Mahmudbəyli: "İnsanlar canını qurtarmağa çalışırdı" - FOTOLAR
15.11.2019 08:39 Gündəm

Fotoları gündəm olan Famil Mahmudbəyli: "İnsanlar canını qurtarmağa çalışırdı" - FOTOLAR

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Xətai rayonu, Nobel küçəsi 16 ünvanında çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.

Yanğın zamanı 10 nəfər tüstüdən zəhərlənib. Onlardan 4 nəfərə yerində ilkin tibbi yardım göstərilib, 6 nəfər Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Baş verən yanğında diqqəti çəkən bir məqam yanğınsöndürən əməkdaşları ilə birgə polis əməkdaşlarının da göstərdiyi şücaət olub. Belə ki, yanğın zamanı binada qalan azyaşlıların xilas olunmasında polis əməkdaşları böyük rol oynayıblar.

Sosial şəbəkələrdə yanğından sonra çəkilən fotolar gündəm yaradıb.

Fotoları gündəm olan Famil Mahmudbəyli: İnsanlar canını qurtarmağa çılışıdı

Həmin fotoların müəllifi isə fotoqraf Famil Mahmudbəyli olub.

Mediapost.az olaraq Famil Mahmudbəylidən hadisə ilə bağlı fikirlərini öyrəndik.

Fotoqraf bildirib ki, yanğın baş verən ərazinin yaxınlığında yaşadığı üçün hadisədən erkən xəbər tutub və dərhal hadisə yerinə yollanıb:

“Səs-küydən sonra gördüm ki, yanğın olub, aparatımı götürüb hadisə yerinə getdim. Hadisədən sonra günün qəhrəmanı olan polislərlə danışmağa da vaxt tapdım. Polis əmədaşları çox sağ olsun ki, mənə dəstək oldular. Lazımi vasitələrlə təmin etdilər ki, mən işimi rahat şəkildə görə bilim. Yaşayış sakinləri fotoya yox, yalnız canlarını qurtamağa diqqət edirdilər”.

Famil Mahmudbəyli hadisənin şaxtada baş verən qısaqapanmadan yarandığını qeyd edib:

“Lift şaxtalarında qısaqapanma olub və orada tezalışan materiallar olduğu üçün yanğın sürətlə yuxarı qalxıb. Material yanğına həssas olduğu üçün yanğın tez bir zamanda 18-ci mərtəbəyə qədər qalxıb. Vəziyyət elə idi ki, insanlar evlərindən çox çətinliklə çıxa bilib. Yanğınsndürən və xilasetmə qrupları tam vaxtında hadisə yerinə çatıb”.


Xəbərlər departamenti

Gündəm