Fransa Ukraynaya humanitar yardım göndərəcək
08.06.2023 04:50 Dünya

Fransa Ukraynaya humanitar yardım göndərəcək

Fransa prezidenti Emmanuel Makron Kaxovka SES-in dağıdılması ilə bağlı Ukrayna xalqına dəstəyini bir daha təsdiqləyib və yaxın vaxtlarda təcili humanitar yardım göndərmək niyyətində olduğunu bildirib.

"MediaPost"un məlumatına görə, bu barədə Fransa prezidenti öz "Twitter" səhifəsində yazıb.

"Prezident Zelenskiyə Ukrayna xalqı ilə birliyimizi bildirdim (...). Yaxın saatlarda təcili ehtiyacları qarşılayan yardım göndərəcəyik", - deyə o bildirib.

Yelisey Sarayının nümayəndəsindən verilən məlumata əsasən, Fransa gigiyena vasitələri, su təmizləyici avadanlıq və dərman preparatları da daxil olmaqla 10 tona yaxın humanitar yardım göndərməyi planlaşdırır.

Xəbərlər departamenti

Gündəm