Fransada etiraz aksiyaları zamanı 12 polis xəsarət alıb
17.01.2021 09:38 Dünya

Fransada etiraz aksiyaları zamanı 12 polis xəsarət alıb

Fransanın paytaxtında və ölkənin digər şəhərlərində mətbuat azadlığı və "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinin bəzi maddələrinə edilən dəyişikliklərə etiraz olaraq icazəsiz aksiyalar keçirilib.

"MediaPost" xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, iğtişaşlar zamanı ümumilikdə 12 nəfər polis və jandarma əməkdaşı yaralanıb. 

Rəsmi məlumatlara görə, etiraz aksiyalarında 34 min insan iştirak edib. Təşkilatçıların sayı isə 200 min göstərilib. 

Parisdə 24, ümumilikdə isə 75 nəfər etirazçı həbs olunub.

Qeyd edək ki, etiraza səbəb "Qlobal təhlükəsizlik haqqında" qanunun 24-cü maddəsinə  ediləcək dəyişiklikdir. Bu maddəsinə görə, polisin və ya hüquq-mühafizə orqanı əməkdaşının xidmət zamanı jurnalistlər tərəfindən foto-video çəkilişlərinin aparılması qadağan edilir. 

Jurnalist həmkarlar ittifaqları və müxalifət tərəfindən qanuna edilən bu dəyişiklik söz azadlığına qarşı ciddi addım kimi qiymətləndirilib. 

Qanunu pozan şəxsi üçün 1 il həbs cəzası və 45 min avro cərimə nəzərdə tutulub.

Bu ay qanun layihəsi Fransa Parlamentinin yuxarı palatası olan Senata göndərilməsi nəzərdə tutulub. APA

Xəbərlər departamenti

Gündəm