Fransada güclü külək və yağışlar 2 nəfərin ölümünə səbəb olub
15.12.2019 13:45

Fransada güclü külək və yağışlar 2 nəfərin ölümünə səbəb olub

APA-nın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, 11 departamentdə “narıncı” təhlükəsizlik səviyyəsi elan edilib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 2 min mütəxəssis cəlb edilib, artıq 15 min evə elektrik enerjisinin verilməsi təmin olunub.

Fransa mətbuatı əlverişsiz hava şəraitinin Yeni Akvitaniyada ən azı 2 nəfərin ölümünə səbəb olduğunu yazıb. 5 nəfər isə ağacın avtomobilin üzərinə aşması nəticəsində xəsarət alıb.

Bundan əlavə, torpaq sürüşməsi və subasma nəticəsində Atlantik Piriney departamentində Qurett və Artust kurort bölgələrinə gedən dağ yolu müvəqqəti bağlanıb. Bir çox rayonlara saat ərzində 30 sm yağış düşüb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm