Fransada müsəlmanlara hücum olub
22.10.2020 10:21 Dünya

Fransada müsəlmanlara hücum olub

Fransada dəhşətli hadisə baş verib.

"MediaPost" xəbər verir ki, Eyfel qülləsi yaxınlığında mağazadan çıxan Əlcəzair əsilli 49 yaşlı Kenza və 46 yaşlı Amel adlı müsəlman qadınlar 2 fransız qadın tərəfindən bıçaqlı hücuma məruz qalıb.

Hadisə şahidlərinin sözlərinə görə, sözügedən şəxslər qadınlara hücum edərkən "pis ərəblər" deyə qışqırıb. 

Polis əməkdaşlarının iki "irqçi" qadını nəzarət altına aldığı və onların "cinayətə təşəbbüs"də ittiham edilərək məhkəməyə çıxarılacağı qeyd edilib.

Anara Mikail

Gündəm