Fransada ordunun modernləşdirilməsi üçün 413 milyard avro vəsaitin ayrılması təsdiqləndi
08.06.2023 01:16 Dünya

Fransada ordunun modernləşdirilməsi üçün 413 milyard avro vəsaitin ayrılması təsdiqləndi

Birinci oxunuşda təsdiq edilən silahlı qüvvələrin modernləşdirilməsi üçün Fransanın müdafiə büdcəsinin artırılmasına dair yeddiillik plan Fransa Milli Assambleyası üzvlərinin səs çoxluğu ilə dəstəklənib.

"MediaPost"un məlumatına görə, bu barədə "Le Figaro" qəzeti xəbər verib.

Qanun layihəsinə əsasən, 2024-cü ildən 2030-cu ilə qədər müdafiə sahəsinə 413,3 milyard avro ayrılacaq.

408 deputat lehinə, 87 nəfər əleyhinə səs verib. İndi sənəd baxılmaq üçün Senata təqdim olunacaq. Fransa mətbuatının yazdığına görə, iyulun 14-dən əvvəl qərarın veriləcəyi gözlənilir.

“Le Monde” qəzeti bu cür müdafiə xərclərinin əvvəlki illərlə müqayisədə xeyli yüksək olduğunu qeyd edib.

Xəbərlər departamenti

Gündəm