Fransada son 3 ildə 43 məscid bağlanıb
03.11.2020 10:04 Dünya

Fransada son 3 ildə 43 məscid bağlanıb

Fransada son 3 ildə 43 məscid bağlanıb.

"MediaPost" xəbər verir ki, bu barədə Milli Məclisdə çıxış edən Daxili İşlər naziri Cerald Darmanin bildirib.

O, terrorla deyil, "İslamçılıq" ilə mübarizə aparmaq üçün qanuna ehtiyac olduğunu qeyd edib: "Radikallaşmayan, lakin ictimai nizamı təhlükəyə atan məscidlər də 6 ay ərzində bağlanacaq".

Digər tərəfdən "radikallaşma və İslamçılıqla mübarizə" adı altında qaynar xətt yaradılıb və insanlardan "ətrafda hərəkətlərindən şübhələndikləri" şəxslərin müəyyən edilməsi üçün qeyd olunan nömrəyə zəng etmələri istənilib. 

 

Anara Mikail

Gündəm