Fransadan geri addım: "İslama hörmət edirik"
09.11.2020 10:21 Dünya

Fransadan geri addım: "İslama hörmət edirik"

"Bizim mübarizə apardığımız radikallar və terrordur".

"MediaPost" xəbər verir ki, bu barədə Misirin paytaxtı Qahirədə həmkarı Samih Şükrü ilə görüşən Fransanın Xarici İşlər naziri Cen-Yiv Le Drayn bildirib. 

O, Məhəmməd peyğəmbəri təhqir edən karikaturalar səbəbilə Fransaya qarşı başladılan boykot kampaniyasını qınadıqlarını söyləyib: 

"Paris İslam dininə hörmət edir və müsəlmanları ölkənin bir hissəsi olaraq qəbul edir. Bizim mübarizə apardığımız radikal İslamçılar və terrordur". 

Misirdəki Əzhər şeyxi Əhməd ət-Tayyib isə Məhəmməd peyğəmbəri təhqid edənlərin beynəlxalq məhkəmələrdə ittiham olunması üçün səy göstərdiklərini bildirib.

"Məhəmməd peyğəmbərin təhqir edilməsi qəbuledilməzdir. Bunu edənlərin ittiham edilməsi üçün hər şeyi edəcəyik. Lazım olsa, bütün ömrümüzü bu işə sərf edəcəyik", - deyə şeyx bildirib. 

Anara Mikail

Gündəm