Fransanın keçmiş prezidenti üstünlüyün Avropadan Şərqə keçdiyini etiraf edib
02.12.2019 14:16 Siyasət

Fransanın keçmiş prezidenti üstünlüyün Avropadan Şərqə keçdiyini etiraf edib

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransanın keçmiş prezidenti Nikola Sarkozi bildirib.

O, buna başlıca səbəb kimi demoqrafiya göstərib: “Yer kürəsi əhalisinin sayı 7 milyard nəfərdir. Onların 4 milyardı Asiyada, 800 milyonu isə Avropada yaşayır”.

N.Sarkozi Avropa İttifaqındakı böhranı “köhnəlmiş ideya” ilə əlaqələndirib və qurumu köhnə konsepsiyadan imtina etməyə çağırıb. O, “Brexit”i “ağılsızlıq, dram və tarixi təzad” adlandırıb.

Keçmiş prezidentin sözlərinə görə, köhnəlmiş Avropa sivilizasiyasının arzuya ehtiyacı var, ancaq hazırda indi bu aruzların sahibi başqalarıdır.

N.Sarkozi Donald Trampın ABŞ prezidenti seçilməsini Qərbin tənəzzülünün bir əlaməti adlandırıb: "ABŞ-ı güclü dövlət saysam da, ancaq “Twitter”də yazmaqla heç kim güclü ola bilməz”.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm