Fransanın tək dərdi Türkiyədir
05.11.2020 16:34 Siyasət

Fransanın tək dərdi Türkiyədir

İslam dini əleyhinə olan çıxışları ilə tanınan Fransa prezidenti Emmanuel Makron yaşanan bütün hücumların günahkarı kimi Türkiyəni göstərərək vəziyyətdən çıxmağa çalışır. 

Makronun müsəlmanları hədəf alan çıxışlarından sonra Fransanın bir neçə bölgəsində cinayət hadisələri baş verib. Bu hadisələrdən sonra Fransa mətbuatı Türkiyəni məsul tutmağa çalışıb. 

"MediaPost" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir. 

Radikal çıxışları və türk düşmənçiliyi ilə seçilən "Le Point" jurnalı Prezident Rəcəb Tayyib Ərdoğanın şəklindən istifadə edərək "Fransa beynəlxalq İslam tərəfdarı ilə qarşı-qarşıya" deyə yazıb. 2015-ci ildə Fransada təşkil olunan hücumlara işarə edilən jurnalda yeni hücumlarla qarşı-qarşıya olduqları və təhdid edildikləri yazılıb. Jurnalda Fransanın beynəlxalq arenada tək qaldığını bildirilərək "2015-ci il hücumlarından sonra həmrəylikdən uzaq olan Fransa bu gün hər tərəfdən hücumlara məruz qalır"- deyə qeyd edilib. 

Başda Makron olmaqla fransalı nümayəndələrin Məhəmməd peyğəmbəri hədəf alan karikaturaları müdafiə etmələri, İslam əleyhinə olan açıqlamaları Türkiyədən başqa digər müsəlman ölkə və quruluşların da sərt reaksiyasına səbəb olub. Ardınca bir çox ölkədən Fransa məhsullarına qarşı boykot çağırılışları edilib. Ərdoğanın bu çağırışlara dəstək verməsindən sonra Fransa ciddi iqtisadi itkilərlə üz-üzə qalıb.

Makron isə bu vəziyyətdən sonra ərəb dilində "yanlış anlaşılmışam", - deyə mesajlar yazıb.

Lakin Makron bu vəziyyətin yaranmasında yenə də Türkiyəni günahkar qismində görür. 

Məleykə Ağasoy

Gündəm