Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin ediliblər - SƏRƏNCAM
29.11.2019 15:30 Gündəm

Fuad Ələsgərov, Natiq Əmirov və Zeynal Nağdəliyev yenidən Prezidentin köməkçiləri - şöbə müdirləri təyin ediliblər - SƏRƏNCAM

Mediapost.az-ın məlumatına görə, Prezident İlham Əliyev noyabrın 29-da bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri təyin edilib.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Zeynal Səfər oğlu Nağdəliyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi təşkilat məsələləri şöbəsinin müdiri təyin edilib.


Xəbərlər departamenti

Gündəm