Futbol oynayaraq karantin rejimini pozanlar saxlanılıb
20.04.2020 07:38 Cəmiyyət

Futbol oynayaraq karantin rejimini pozanlar saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmətdə olan zaman Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq futbol oynadıqlarını müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan "MediaPost"a verilən məlumata görə, həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq cərimə ediliblər.

Xəbərlər departamenti

Gündəm