Futbolçu Mahir Emrelinin evindən oğurluq edənlərin istindaqı başa çatıb
24.04.2020 17:20 Kriminal

Futbolçu Mahir Emrelinin evindən oğurluq edənlərin istindaqı başa çatıb

"MediaPost" xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Azər Paşayevin icraatına verilib.

Qeyd edək ki, təqsirləndirilənlər Bakıda bir neçə mənzildən oğurluq etməkdə təqsirləndirilirlər. Onların cinayət işi üzrə 13 nəfər zərərçəkmiş tanınıb. Zərərçəkmiş şəxslər arasında "Qarabağ" futbol klubunun və millinin hücumçusu Mahir Əmrəlidə var. M.Əmrəlinin Binəqədi rayonu, Sulutəpə qəsəbəsindəki mənzilindən 20 min dollar, 17 min manat, mobil telefonlar və 5 min manatlıq qızıl əşyaları ümumilikdə 60 min manatlıq oğurlanıb.

Xəbərlər departamenti

Gündəm