Futbolçularımızın uğursuz legionerlik tilsimi niyə qırılmır? - ŞƏRH
09.12.2019 14:55 Fikirlər

Futbolçularımızın uğursuz legionerlik tilsimi niyə qırılmır? - ŞƏRH

Yerli klublarda özünü yaxşı mənada göstərən az sayda futbolçularımızın xarici klublara dəvət almasından sonra zəif nəticə göstərməsi ölkə futbolunun müzakirə mövzularındandır.

Azərbaycanda gənc yaşda karyerasının zirvəsinə çatan bir çox tanınmış oyunçularımız xarici klublarda bunun əksini göstərərək yenidən vətənə qayıdıb. Bunu daha çox onların getdiyi yerdə mühitə adaptasiya olmaması ilə əlaqələndirirlər.

Futbolçularımızın uğursuz legionerlik tilsimi niyə qırılmır? - ŞƏRH

Bəs mütəxəssislər bu barədə nə düşünür? Yerli futbolçuların legionerlik həyatının uğursuz olmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən CBC sportun xəbərlər departamentinin rəhbəri Şəmsəddin Abbasov qeyd edib ki, bizdə o qədər çox futbolçu yoxdur ki, onların legionerlik həyatı haqqında danışaq:

“Birincisi, bizim futbolçularımız ustalıq səviyyəsi ona imkan vermir ki, tam şəkildə Avropa çempionatlarına yollana bilsinlər və oradan təklif alsınlar. Sonuncu dəfə belə bir hadisə Vaqif Cavadovla bağlı olub. O, Hollandiyaya dəvət almışdı. Ən istedadlı futbolçularımızdan olsa da, özünü tam göstərə bilmədi. Hazırda biz Emil Balayevi qeyd edə bilərik ki, Qazaxıstan çempionatına dəvət alıb. Orada özünün yaxşı göstərdiyi üçün milli komandanın da əsas qapıçısına çevrilib. Amma mən düşünmürəmki, Qazaxıstan çempionatı Azərbaycan çempionatından güclü olsun. Çox istərdim ki, elə bir gün gəlsin ki, bizim futbolçularımız da Avropanın ən güclü çempionatlarında oynayan komandalara dəvət alsınlar. Lakin reallığın üzünə düz baxmaq lazımdır. Hazırda avropa çempionatlarında oynaya biləcək futbolçuların sayı həddindən artıq azdır. Bu da əsas onların peşəkarlıq səviyyəsinin aşağı olması ilə əlaqədardır”.

Futbolçularımızın uğursuz legionerlik tilsimi niyə qırılmır? - ŞƏRH

Bu barədə jurnalist Mustafa Kamal da açıqlama verərkən bildirib ki, yerli futbolçular xarici klublara dəvət aldıqdan sonra onlarda arxayınlaşma yaranır:

“Onlar öz üzərlərində çalışmaq istəmirlər, tənbəlləşirlər. Nümunə olaraq, Araz Abdullayevi götürə bilərik. “Everton”a keçdikdən sonra futbolçu özünü daha yaxşı tərəfdən göstərə bilərdi, amma bunun əksi oldu. Araza hər zaman çox böyük ümidlər bəslənilib, amma hələ də yerində sayır. Ondan başqa, Kamran Ağayev, Vaqif Cavadov və daha bir neçə futbolçunun adını çəkmək olar. Amma mənfiləri deyəndə müsbətləri də deməliyik. Məsələn, Emil Balayev hazırda karyerasını Qazaxıstanda davam etdirir və kifayət qədər uğurlu çıxışı ilə adından söz etdirib. Məncə, legionerlik həyatı yaşayan futbolçularımızda klub sevgisi zəifdir, onlar həmin komandada oynamağın məsuliyyətini sanki dərk etmirlər”.

Xəbərlər departamenti

Gündəm