“Futbolumuz yerində sayır, inkişaf yoxdur” - EKSPERT
20.11.2023 15:21 Futbol

“Futbolumuz yerində sayır, inkişaf yoxdur” - EKSPERT

Futbol üzrə Azərbaycan yığmasının İsveç üzərində parlaq qələbə qazanması ilə millimiz barədə ümidlərimiz artmış, artıq futbol ölkəsi olduğunu düşünürdük. Ancaq bu sevinc və qürur cəmi 2 gün davam etdi. Millimiz bizə ənənəvi hisslərimizi geri qaytararaq, autsayder olduğumuzu yenidən xatırlatdı.

Bu barədə idman eksperti Araz Əhmədov “MediaPost”a açıqlama verib. O bildirib ki, konkret Belçika ilə oyunda baş məşqçi De Byazinin heyətdə yersiz rotasiyası və taktiki dəyişikliyi öz sözünü dedi:

alt text

“Adam uzun müddətdir oynamayan futbolçunu start heyətində meydana buraxıb, İsveçlə oyunun ən yaxşılarından olan Diniyevi kənarda saxlamaqla böyük səhvə yol vermişdi. Hazır olmayan Eddi İsrafilov beş dəqiqə ərzində həvəskar futbolçu kimi iki sarı vərəqə alaraq komandanı çətin durumda qoymasaydı, bəlkə də, hesab başqa cür olacaqdı. Əslində, millimizin qeyri-stabil oynamasından çox, on illərdir seçmə mərhələlərdə hər dəfə bir yığmaya “badalaq” vurmasından bəhs etmək lazımdır. Bu onu göstərir ki, futbolumuz yerində sayır, inkişaf yoxdur”.

Sevinc İbrahimzadə

Gündəm