Füzulidəki qəbiristanlıq yerlə bir edilib - Hikmət Hacıyev
06.11.2020 19:24 Qarabağ Azərbaycandır

Füzulidəki qəbiristanlıq yerlə bir edilib - Hikmət Hacıyev

"Azərbaycanın Füzuli rayonundakı qəbiristanlıq ermənilər tərəfindən yerlə bir edilib. Hətta qəbiristanlıqlara qarşı göz yumulmayaraq onlar vandalizm və barbarlığa məruz qalıb.

"MediaPost" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında yazıb.

"Ermənistanın törətdiyi daha çox faktlar və hərbi cinayətlər işğal altındakı torpaqlara baxış zamanı ortaya çıxacaq. Ermənistan bu ərazilərdə Azərbaycanın bütün izlərini silməyə çalışıb", - o əlavə edib.

Xəbərlər şöbəsi

Gündəm