Gələcəyin astronavtı kosmik əlcəyin köməyilə dronları idarə edə biləcək
17.04.2020 09:53 Dünya

Gələcəyin astronavtı kosmik əlcəyin köməyilə dronları idarə edə biləcək

"MediaPost" “ICTnews”a istinadən xəbər verir ki, xatırladaq ki, skafandrın tarixi təxminən 100 ili əhatə edir, bu halda əlcək onun ən mürəkkəb komponentlərindən biridir, çünki o, eyni anda həm davamlı, həm də funksional (müxtəlif əməliyyatların icrası prosesində əllərin kifayət qədər hərəkətliliyini təmin etməlidir) olmalıdır.

Təəssüf ki, müasir kosmik əlcəklər mükəmməllikdən uzaqdır. Məsələn, Amerika versiyası biçimsizdir, barmaqların ucunu dondurur, hətta bəzən astronavtlara xəsarət yetirir.

ESA tərəfindən təqdim olunmuş əlcəklər əlləri kosmik soyuq və vakuumdan qorumaqdan başqa digər funksiyalara da malikdir. Məsələn, bu əlcəklər jestlərin köməyi ilə Mars dronunu idarə etmək üçün istifadə edilə bilər. Yaxud cisimlərə olan məsafəni ölçmək üçün daxili lazer şüasından istifadə edə bilər.

Nəhayət, yeni əlcəklərdə oksigenin səviyyəsini göstərən displey quraşdırılıb.

Yeni əlcəklərin materialı 120-dən 170 selsi dərəcəyədək temperatur dəyişikliyinə dayanıqlıdır, astronavtlar üçün rahat və təhlükəsiz iş şəraitini təmin edir.

Xəbərlər departamenti

Gündəm