Gələn il neftə tələbat azalacaq
11.11.2020 12:37 Energetika

Gələn il neftə tələbat azalacaq

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) neftə tələbat proqnozunu 2020-ci il üzrə artırıb, gələn il üzrə isə azaldıb.

“MediaPost” xəbər verir ki, bu barədə EIA-nın noyabr ayı hesabatında qeyd edilib.

EIA-nın proqnozuna görə, 2020-ci il üzrə neftə və maye yanacaqlara gündəlik qlobal tələbat 92,9 mln barel olacaq ki, bu da əvvəlki proqnozdan 0,06% çoxdur.

Gələn il üçün isə neftə gündəlik tələbatın bu ilkindən 5,9 mln barel artaraq 98,8 mln barelə çatacağı gözlənilir. Bu isə əvvəlki proqnozdan 290 min barel/gün azdır.

Bildirilib ki, oktyabr ayında istehlakın həcmi 95,3 mln barel təşkil edib ki, bu isə ötən ilin oktyabr ayından 5,9 mln barel/gün az, 2020-ci ilin III rübündəki 94,2 mln bareldən və II rübdəki 85,3 mln bareldən çoxdur.

 

Xəbərlər departamenti

Gündəm