Gələn ildən fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək
20.12.2019 09:51 İqtisadiyyat

Gələn ildən fermerlərə subsidiyalar yalnız elektron qaydada veriləcək

Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən Xarici Ticarət İştirakçılarının 2-ci Respublika Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 430 min fermer elektron kənd təsərrüfatı sistemində qeydiyyatdan keçib. 270 min fermer isə payızlıq əkin üzrə bəyanatlarını bəyan ediblər.

İ.Kərimov bildirib ki, ÜDM-də kənd təsərrüfatının həcmi artmaqla yanaşı, 2019-cu ildə kənd təsərrüfatı məhsullarının ixracında ötən illə müqayisədə əsaslı artım qeydə alınıb.

Qeyd edək ki, bu gün Bakıda "Xarici ticarət iştirakçılarının II Respublika Forumu" keçirilir. Forumda 900-ə yaxın sahibkar iştirak edir. Forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və başqa rəsmi şəxslər iştirak edir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm