Gənc aktyor yaşlı həmkarlarını sərt tənqid edib: "Yumorumuzu zəhərləyiblər..."
05.12.2019 06:35 Mədəniyyət

Gənc aktyor yaşlı həmkarlarını sərt tənqid edib: "Yumorumuzu zəhərləyiblər..."

“Ermənilərin başı batsın, Rusiyanın həm səhnəsində, həm də televiziyasında komediya sahəsində at oynadıb, oyun çıxarırlar. Bizdə niyə yoxdur o əjdahalardan?”.

Mediapost.az xəbər verir ki, bu sözləri Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzər sosial media hesabında yazıb.

Gənc aktyor yaşlı həmkarlarını sərt tənqid edib: Yumorumuzu zəhərləyiblər, efirdə də elə danışırlar ki...

Komediya sahəsində yalnız “Planet Parni iz Baku” komandasının bu yöndə fəaliyyətini qismən təqdir edən aktyor bir çox həmkarlarının işlərini ən ağır formada tənqid edib:

"Milli satiramızın cütlükləri, qadınlar və seksual azlıqlardan savayı parodiya ideyasından başqa heç nə yoxdur? Yumorumuzun səviyyəsi budur? Neyləsələr, yenə də “Planet Parni iz Baku” nəysə alındırır. Başqalarına baxanda isə ancaq transseksuallara bənzəyirlər. İllərdir səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz yumoru görərəkən çox pis oluram. O qədər bacarıqlı gənclərimiz var ki, bu “qıjı” yumorundan uzaq".

R.Nəzər sonda qeyd etdiyi sözlərlə açıq-aşkar "Bu şəhərdə"nin aktyorları Rafael İsgəndərov və Coşqun Rəhimova eyham vurub:

"Bu yarıkişi, yarıqadınlar o qədər yumorumuzu zəhərləyiblər ki, camaat başqa nəsə qəbul etmir. “Qıjı” toy parodiyası, qadınları təhqir etmək, yalnız və yalnız region ləhcəsi ilə zarafatlar... Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib. Efirdə də ağıllı-ağıllı elə danışırlar ki…”

Xəbərlər departamenti

Gündəm