Gənc oğlan dəm qazından zəhərlənərək öldü
16.02.2020 13:42 Hadisə

Gənc oğlan dəm qazından zəhərlənərək öldü

"Report"un Qarabağ mərkəzinim verdiyi məlumata görə, hadisə rayonun Kələntərli kəndində baş verib.

Kənd sakini İsgəndərov Elməddin İsgəndər oğlu gecə qaz sobasını yanılı qoyaraq yatıb. Nəticədə o, boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm