Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib
Gəncə Dövlət Filarmoniyasının direktorunun əmək müqaviləsinə xitam verilib.
MediaPost xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun əmək müqaviləsinə, onunla bağlanan əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq, 07.08.2023-cü il tarixindən xitam verilib.
Mediapost.az