Gəncədə 1 saat sonra döyüş təyyarələri havaya qaldırılacaq
15.09.2020 12:38 Hərbi

Gəncədə 1 saat sonra döyüş təyyarələri havaya qaldırılacaq

Bakı şəhərinin azad olunmasının 102-ci ildönümü ilə əlaqədar sentyabrın 15-də saat 14.00-dan etibarən Gəncə şəhəri üzərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri aviasiya vasitələrinin nümunəvi uçuşları keçiriləcək.

Müdafiə Nazirliyindən "MediaPost"a verilən məlumata görə, uçuşlara hər iki ölkənin döyüş təyyarələri və helikopterləri cəlb olunacaq.

Xəbərlər departamenti

Gündəm