Gəncədə küçədə yeni doğulmuş körpə tapılıb - FOTO
24.12.2019 11:58

Gəncədə küçədə yeni doğulmuş körpə tapılıb - FOTO

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Gülüstan qəsəbəsi ərazisində məişət tullantıları üçün qoyulmuş qutuların yanında yeni doğulmuş oğlan uşağı tapılıb.

Körpə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına aparılıb. Xəstəxanadan "Report"un Qərb Mərkəzinə verilən məlumatına görə, körpənin səhhətində problem aşkarlanmayıb. Hazırda vəziyyəti normaldır və hələlik xəstəxanada saxlanılır.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm