Gəncədə məktəbli qız orta məktəbdə ölüb - AÇIQLAMA
26.11.2019 11:40 Gündəm

Gəncədə məktəbli qız orta məktəbdə ölüb - AÇIQLAMA

Gəncə şəhərində orta məktəbdə ölüm hadisəsi olub.

"Report"un məlumatına görə, hadisə Gəncə şəhər 16 nömrəli orta məktəbdə qeydə alınıb.

1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xəticə Rəhim qızı Hətəmli sinif otağında anidən huşunu itirib və yerə yıxılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

M.Ş. Vazeh adına 16 saylı tam orta məktəbin direktoru Elmira Yusifova APA-nın yerli bürosuna bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub: "Bu gün səhər saatlarında şagirdin halı qəfildən pisləşib. Məktəbə təcili tibbi yardım çağırılıb. X.Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb".

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm