Gəncədə oğul atasını qətlə yetirib
16.11.2019 06:21 Gündəm

Gəncədə oğul atasını qətlə yetirib

Gəncə şəhərində ölüm hadisəsi qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, münaqişə zəminində oğul atasını qətlə yetirib.
Gəncə şəhər Dəmiryolu, 6 ünvanında yaşayan 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.

Cinayəti törədən şəxsin qətli törədərkən sərxoş olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm