Gəncədə ölən 16 yaşlı oğlanın “avtoşluq” və düşdüyü qəzanın görüntüsü - VİDEO
20.01.2020 14:34 Hadisə

Gəncədə ölən 16 yaşlı oğlanın “avtoşluq” və düşdüyü qəzanın görüntüsü - VİDEO

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"MediaPost" oxu.az-a istinadən xəbər verir ki, olay zamanı "Niva” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü, 16 yaşlı Şahin Hacıyev aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Sosial şəbəkələrdə Ş.Hacıyevin ona məxsus "Niva” markalı avtomobil ilə "avtoşluq” etdiyi görüntülər yayılıb.

Həmin görüntüləri təqdim edirik:

Xəbərlər departamenti

Gündəm