Gəncədə qaz sızmasından partlayış olub, xəsarət alanlar var
02.02.2020 07:02 Hadisə

Gəncədə qaz sızmasından partlayış olub, xəsarət alanlar var

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Qəsəbə yaşayış massivində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bayramova Məryəm Hüseyn qızı və 1954-cü il təvəllüdlü Rzayeva Pəri İsmayıl qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralılara dərhal lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin ağır olduğu bildirilir.

Məlumata görə, hadisəyə səbəb qaz balonundan qaz sızması olub. Partlayış yemək bişirilərkən baş verib.

Faktla bağlı araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm