Gəncədə səhv əməliyyata görə həkimlər barədə verilən qərar açıqlanıb
14.01.2020 14:14 Hadisə

Gəncədə səhv əməliyyata görə həkimlər barədə verilən qərar açıqlanıb

Qurumdan "MediaPost"a verilən məlumata görə, ötən il iyulun 2-də pasiyent Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub.

"2019-cu ilin dekabrın 2-də xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb. Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.

Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib", - TƏBİB-dən bildirilib.

Xəbərlər departamenti

Gündəm