Gəncədə təcili tibbi yardım maşınları qəzaya uğradı, xəsarət alanlar var
16.05.2021 22:09 Hadisə

Gəncədə təcili tibbi yardım maşınları qəzaya uğradı, xəsarət alanlar var

Gəncə şəhərində təcili tibbi yardım maşınları qəzaya uğrayıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan iki təcili tibbi yardım maşınının toqquşması nəticəsində 1-i həkim olmaqla, 2 nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Xəbərlər şöbəsi

Gündəm